"Tramp nə üçün dünyanı düşünsün ki?"

"Tramp nə üçün dünyanı düşünsün ki?"

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, 75-dən çox ölkənin mallarına rüsumların tətbiqini 90 gün ertələyib.

 

Maraqlıdır, ABŞ prezidentinin bu addımı nəyə hesablanıb?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli tarif məsələsinin əsas məqsədinin danışıqlar üçün təməl yaratmaq olduğunu deyib. Onun sözlərinə görə, birjalar düşər də, qalxar da, əsas məsələ tariflər üzərindən danışıqlar üçün üstünlük qazanmaqdır:

 

“Dünən Tramp elan etdi ki, Çindən başqa digər ölkələrlə anlaşmalar hazırlanır, 75 ölkə dərhal ABŞ şərtləri ilə razılaşıb. Texniki detalları müzakirə və yekun sənədlər imzalamaq üçün Çin xaric bütün ölkələrə 10%-dən artıq yeni tarif tətbiqi 90 gün ertələnir. Bu 90 gün ərzində ölkələrlə yeni anlaşmalar imzalanacaq. Dünən birjalarda toy-bayram oldu - NASDAQ indeksi 9,27% artdı, S&P 500 indeksi 7,24% yüksəldi, "Dow Jones" indeksi 6,14% dəyər qazandı. “The Wall Street Journal” nəşri dünən səhm bazarında olan yüksəlişləri, “birjalar tarixində ən gözəl günlərdən biri” kimi təqdim etdi. “Tesla”nın səhmlərinin dəyəri tək dünən 22,69% artdı, Mask itirdiklərini qaytardı”.

 

N.Cəfərli qeyd edib ki, Tramp tariflərlə dünyaya təzyiq etməklə düz etməsə də, özünə, ABŞ-yə sərf edən doğrunu edir, danışıqlarda üstünlük qazanır:

 

“Ona görə də, problem Trampda deyil, bizim situasiyanı doğru oxumamağımızda, “keçmiş yoldan asılılıq” prinsipində ilişib qalmağımızdadır. Biz niyə düşünürük ki, ABŞ dünya üçün yaxşı nədir, onu etməlidir? ABŞ özü üçün doğru olanı edir, buna gücü çatır, üstünlük qazanır, özünün maraqlarını təmin edir. Bu, dünya üçün ədalətlidirmi? Təbii ki, yox, amma niyə ABŞ özü üçün deyil də, dünya üçün ədalətli üstünlük qazandırmalıdır ki? Hədəfində isə əsas Çindir, digər ölkələr, sadəcə, bu hədəfin küləyinə tuş gəlirlər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...