"Apple" öz yerini "Microsoft"a verdi

"Apple" öz yerini "Microsoft"a verdi

“Apple” son dörd ticarət sessiyasında səhmləri 23% ucuzlaşdıqdan sonra "dünyanın ən dəyərli şirkəti" statusundan düşüb və birinci yeri “Microsoft”a verib.

 

Sfera.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, çərşənbə axşamına olan məlumata görə, “Microsoft”un dəyəri 2,64 trilyon dollar, “Apple”ın bazar kapitallaşması isə 2,59 trilyon dollar təşkil edib.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp idxal olunan məhsullara rüsum tətbiq etməzdən əvvəl hər bir şirkətin kapitallaşması 3 trilyon dolları ötmüşdü. Çin ilə sıx ticarət əlaqələri sayəsində "Apple" sektordakı digər Amerika şirkətlərindən daha çox ABŞ hökumətinin tarif siyasətindən təsirlənir.

 

İsveçrənin "UBS" bankının analitiklərinin fikrincə, ABŞ-də "iPhone 16 Pro Max"ın qiyməti tariflərə görə 350 dollar arta bilər.

 

Yahoo Finance xidmətinin məlumatına görə, Nasdaq elektron birjasında hərracların bağlanışında səhmlərinin qiyməti hər səhm üçün 172,42 dollar təşkil edib. Əvvəlki ticarət sessiyası ilə müqayisədə şirkət səhmlərinin dəyərində 4,98% ucuzlaşma yaşanıb.

 

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Universal 10%-lik tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...