"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb etdi

"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb etdi

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.

 

Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.

 

“Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımıza inamının növbəti mühüm göstəricisidir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edir və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusilə də kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”-, deyə TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev sazişin bağlanmasına öz münasibətini bildirib.

 

EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.

 

Məlumat üçün bildiririk ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmaqdadır və bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir.
 
TuranBank
Bizimlə etibarlıdır...


OXŞAR XƏBƏRLƏR

İndi də Gürcüstan nömrəsi ilə talan başladı - DİN-dən XƏBƏRDARLIQ

“Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin, danışmayın, yazışmayın və bloklayın”.   Sfera.az xəbər verir ki, bunu...

"Zamanın donmuş kəndi” ölkənin ən gözəl yeri seçildi: Özəlliyi nədir?

Devon sahilində yerləşən mənzərəli Beer kəndi nüfuzlu “The Telegraph” nəşrinə görə Böyük Britaniyanın ən gözəl mənzərəli kəndlərinin nüfuzlu reytinq...

Ədalət Zabit Səmədov və Burak Çeliklə görüşdü

Əməkdar artist Ədalət Şükürov türk aktyor Burak Çelik və azərbaycanlı kikboksçu Zabit Səmədovla görüşüb.   Sfera.az bildiri ki, sənətçilər Rusiy...

"Son zəng"lə bağlı məktəblərə təlimat göndərilib?

Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan m...

300 bal yığacağımı heç kəsə deməmişdim - Məktəbli qız

"Maksimal bal yığacağımı gözləyirdim, çünki imtahandan evə gəlib meyarlarla yoxladım, bütün cavablarım düzgün idi, amma 300-ü gözlədiyimi heç kəsə deməmişd...

Tramp Türkiyəyə gəlir

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə "CNN Türk"ün Vaşinqton müxbiri Yunus Paksoy deyib....