Azərbaycanda pambıq istehsalı artıb - RƏQƏMLƏR

İqtisadiyyat
16:07 / 24.02.2025
7802
2024-cü ildə Azərbaycanda pambıq istehsalı yenidən artıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il pambıq istehsalı bir il əvvəlki tarixlə müqayisədə 30,7 min ton artıb. 2023-cü ildə 276,3 min ton pambıq istehsal edilmişdi. Amma ötən il istehsalın miqdarı 307 min tonu ötüb.
İstehsalın artmasına əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın qismən çoxalmasıı təsir edib. Ötən il ən çox pambıq Saatlı (43 min ton), Ağcabədi (36,8 min ton) və Sabirabad (33,7 min ton) rayonlarında istehsal edilib.
Xatırladaq ki, 2020-ci ildə 337 min ton, 2022-ci ildə 323 min ton pambıq istehsal olunmuşdu.
Vasif