Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1,19 % artaraq 78,40 ABŞ dolları təşkil edib.

 

Sfera.az bildirir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 76,54 ABŞ dolları təşkil edib.

 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,94 ABŞ dolları və ya 1,23 % artaraq 77,02 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


OXŞAR XƏBƏRLƏR

"Rusiya ən böyük strateji nüvə silahı arsenalına malikdir" - Marko Rubio

“Rusiya qlobal nüvə dövlətidir və ABŞ onunla əlaqə saxlamalıdır”.   Sfera.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio jur...

Aysun qızının VİDEOSUNU paylaşdı

Müğənni Aysun İsmayılova qızı ilə bağlı paylaşım edib.    Sfera.az xəbər verir ki, o, instaqram hesabında qızı Sevginin videosunu izləyicil...

"Azərbaycan MDB+ regionunda ən yüksək likvidlik səviyyəsinə malik ölkədir" -“Fitch”

Azərbaycan MDB+ regionunda ən yüksək likvidlik səviyyələrindən birinə malikdir – 73 %, bu isə ölkənin güclü maliyyə sabitliyi ehtiyatına sa...

Gündə 6 fincan qəhvə içmək bu xəstəliklərin yaranmasına SƏBƏB OLUR

Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini...

Peskov: Rusiya NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməyib

Rusiya Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılması tələbini irəli sürməyib.   Sfera....

Azərbaycan turizm sərgisində iştirak edəcək

Azərbaycan aprelin 23-25-də Almatı şəhərində keçiriləcək Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (“KİTF 2025”) iştirak edəcək.   Sfera.az...