Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşdı
![Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşdı](https://sfera.az/photo/orginal/2025/02/11/1739252970_neft-qiymeti.jpg)
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 1,9 % artaraq 77,87 ABŞ dolları təşkil edib.
Sfera.az bildirir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 76,13 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,39 ABŞ dolları və ya 1,85 % artaraq 76,51 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.