Azərbaycanda bankomatların sayı artıb

Azərbaycanda bankomatların sayı artıb

2024-cü ildə Azərbaycanda bankomatların sayı 192 ədəd artıb. 


Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin sonunda 3112 ədəd olan bankomat sayı 2024-cü ilin sonunda 3304 ədədə yüksəlib. Statistika göstərir ki, Azərbaycanda ən çox bankomat Bakıda quraşdırılıb. Bakıda 1772 ədəd, regionlarda 1532 ədəd bankomat var. 

 

2024-cü ildə bankomatların say artımı da Bakıda regionlara nisbətən daha çox olub. Bankomatların sayı regionlarda 41 ədəd artdığı halda Bakıda 151 ədəd artıb. 
Paytaxtda bankomatların sayının daha çox olması burada aparılan əməliyyatların həcminin və sayının çox olması ilə bağlıdır. Eyni zamanda Bakıda ödəniş kartına sahib olanların sayı da regionlarda olan kartların sayından çoxdur.

 

Bu səbəblər Bakıda bankomatların sayının artırılmasını zəruri edir. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...