Bu məhsullar ucuzlaşacaq - SİYAHI

Bu məhsullar ucuzlaşacaq - SİYAHI

Son günlərdə neftin qiymətində müşahidə edilən enmələr uzun müddət davam edəcəyi təqdirdə bütün məhsulların qiymətin də azalmalara səbəb olacaq. 

 

Sfera.az bildirir ki, neft qiymətlərinin enməsi digər əmtəə qiymətlərinə birbaşa və dolayı təsir imkanına sahibdir. Neft ucuzlaşanda ilk növbədə neftdən hazırlanan məhsulların dəyəri enir. Nefdən 200-dən çox adda məhsul alınır. Bunların arasında ən çox istifadə ediləni avtomobil və təyyarə yanacağıdır. 

 

Bu, Azərbaycanda da belədir. Ölkəmizdə neftin emalı nəticəsində daha çox dizel yanacağı və avtomobil benzini istehsal edilib. Bunlardan başqa ağ neft, maye qazlar, sürtkü yağları, mazut, neft bitumu, neft koksu da neftdən alınır. 

 

Neftin ucuzlaşması ilk növbədə həmin məhsulların dəyərini azaldır.Amma biz bunu Azərbaycanda müşahidə etməyəcəyik. Çünki adıçəkilən məhsulların hamısının yeganə istehsalçısı dövlət şirkəti olduğundan onların qiyməti də dövlət tərəfindən təsdiqlənir. Təcrübə göstərir ki, neft ucuzlaşdıqda və ya bahalaşdıqda həmin məhsulların qiymətində dəyişiklik olmur. Eyni yanaşma Azərbaycana idxal edilən benzin yanacağının dəyərinə də münasibətdə görünür. 

 

Neftin dəyərdən düşməsi dolayısı ilə digər əmtəələrin də qiymətinə təsir edir. Çünki neft ucuzlaşanda təbii qazın da dəyəri düşür və bu dəyişiklik bütün istehsal proseslərindəki xərclərə təsir göstərir. Məlumdur ki, hər bir məhsulun istehsalında yanacaqla bağlı az və ya çox miqdarda xərc var. Buna görə də neftin ucuzlaşması dolayı şəkildə digər məhsulları da ucuzlaşdırır.  Yanacaqdan və neft xammalından daha çox kimya sənayesi məhsullarının və metallurgiya sənayesinə aid olan məhsulların istehsalında istifadə olunur. 

 

Kimya sənayesində təsirsiz qazlar (azot qazı), lak-boya məmulatları, qeyri-üzvi kimyəvi maddələr (o cümlədən yod), üzvi kimyəvi maddələr (o cümlədən etilen, propilen, metanol), etil spirti istehsalında da neft və ya təbii qazdan istifadə olunur.  Bunlardan başqa gübrə və azot birləşmələri (o cümlədən karbamid), ilkin formada plastik kütlə (o cümlədən polietilen), yapışqan və yağışdırıcı maddələrin də istehsalında neftin və yanacağın payı böyükdür.

 

Metallurgiya sənayesində isə yanacağı xərcləri daha böyük olur. Məsələn, bir ton emal edilmiş dəmirin qiymətində yanacağın payı 30 faizə qədər yüksələ bilir. Yanacağa çəkilən xərcin böyük olmasına görə neft ucuzlaşdıqda metal məmulatların da qiyməti tədricən azalır. Bu əlaqə ilə bağlı olaraq ucuzlaşan neft armaturun, polad boruların, alüminium məmulatların, mis və alüminium məftillərin, metaldan konstruksiyaların və başqalarının dəyərini aşağı salacaq. 

 

Tikinti materiallarının dəyərinin formalaşmasında da yanacağın payı yüksəkdir. Xüsusən şüşənin, kərpicin, sementin, əhəngin, gips məmulatlarının, asfaltın istehsalında böyük miqdarda yanacaqdan istifadə edilir. Bu baxımdan neft ucuzlaşanda həmin məhsulların dəyərində də azalma hiss olunacaq. 

 

Adıçəkilən məhsullar ilkin emal mallarıdır. Həmin məhsullardan sonradan digər məhsulların, o cümlədən avtomobil, məişət maşınlarının istehsalında və müxtəlif təyinatlı binaların inşaasında istifadə edilir. Dolayısı ilə neftin dəyərdən düşməsi avtomobillərin, soyuducuların, paltar və qabyuyanların, kondisionerlərin və mənzillərin qiymətinə də azaldıcı təsir edəcək.

 

Lakin öncə də qeyd etdiyimiz kimi neftin ucuzlaşmasının digər məhsulların dəyərini də azaltması üçün müəyyən zamana ehtiyac var. Bunun üçün neftin dəyəri daha da azalmalı və aşağı qiymətlər uzun müddət qalmalıdır. 

 

Vasif 

 


OXŞAR XƏBƏRLƏR

263 illik evdə baş verən paranormal hadisələr ev sahiblərini qorxudur

2023-cü ilin sentyabrında 263 yaşı olan ev alan Kayli adlı Konnektikut sakini (ABŞ) evində baş verən izah olunmayan hadisələrlə bağlı hekayələri ilə internet is...

Türkiyədə xeyli sayda hotel bağlanacaq

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellə...

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözl...

Enrike İqlesiasın sevgilisi iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

20 ildən artıqdır ki, ispan müğənni Enrike İqlesiasla münasibətdə olan 43 yaşlı rusiyalı tennisçi və model, dünyanın keçmiş bir nömrəsi Anna Kurnikova iki ildən...

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...

Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.    Sfera.az xəbər verir ki, əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dün...