Dollar getdikcə ucuzlaşır - SƏBƏB

Dollar getdikcə ucuzlaşır - SƏBƏB

Hakimiyyəti dövründə Donald Trampın atacağı addımların məlum olması ABŞ dollarının ucuzlaşmasına səbəb olur. 

 

Sfera.az xatırladır ki, Trampın açıqlamalarına qədər dollar digər aparıcı valyutalara nəzərən bahalaşırdı. Amma bu açıqlamalardan sonra vəziyyət əksinə dəyişib.

 

 
Dolların dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnəsini ifadə edən Dollar İndeksi yanvarın 13-də 110 səviyyəsinə çatmışdı ki, bu da iki ay ərzində 10 faiz bahalaşma deməkdir. 

 


Trampın hansı tədbirləri həyata keçirəcəyinə dair verdiyi açıqlamalardan sonra indeks tədricən düşür. Artıq indeks 107,7 səviyyəsinə qədər geriləyib. Analitiklər proqnozlaşdırır ki, Tramp ixracı artırmaq üçün dolların müəyyən qədər ucuzlaşmasına şərait yaradacaq. Bununla yanaşı Trampın Rusiya-Ukrayna müharibəsindən başqa digər regional müharibələrin qarşısını da almağa çalışacağı ehtimal edilir. 

 


Qeyd edilən gözləntilər qlobal səviyyədə risklərin azalmasına şərait yaradacaq ki, bu da dolların müəyyən qədər ucuzlaşmasına imkan verəcək. Ekspertlər dollar indeksinin ciddi dəyişikliklər olmayacağı təqdirdə yenidən 100 səviyyəsinə qədər düşəcəyini təxmin edirlər. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...