Manatın nominal dəyəri ARTDI - RƏSMİ

Manatın nominal dəyəri ARTDI - RƏSMİ

Azərbaycan manatının nominal məzənnəsi qeyri neft-qaz sektoru üzrə bu ilin noyabrında bir qədər də yüksələrək son illərin ən yüksək səviyyəsinə çatıb.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ildə manatın qeyri neft-qaz çəkili nominal effektiv məzənnəsi 6,93 faiz artıb. Bu artımdan sonra nominal məzənnə baza dövründən (2000-ci ilin dekabrı) 80,4 faiz yüksək olub.

 

Nominal məzənnədən fərqli olaraq, real effektiv məzənnə aşağı düşüb. Bu ilin noyabrında qeyri neft-qaz çəkili real məzənnə bir il əvvəlki tarixlə müqayisədə 0,5 faiz azalıb. Amma 2000-ci ilə nisbətən manatın real dəyəri 19 faiz artıb.

 

Qeyd edək ki, manatın real məzənnəsinin ucuzlaşması Azərbaycanda inflyasiya səviyyəsinin ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan aşağı olması ilə bağlıdır. Aşağı inflyasiya ilə əlaqədar Azərbaycanda məhsullar daha ucuz olur ki, belə vəziyyətdə Azərbaycandan ixrac ucuzlaşır, idxal isə bahalaşır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...