Azəri, Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsinə dair detallar AÇIQLANDI

Azəri, Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsinə dair detallar AÇIQLANDI

“Bu layihə Azəri-Çıraq-Günəşli yataqlarında hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin Kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Sadiq Qurbanov “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunun müzakirəsi zamanı deyib.

 

“Tərəflər bu layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, layihənin mövcud Podratçı şirkətlərlə birgə işlənməsi qərara alınıb. İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki (Abşeron və Şah Dəniz HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülüb, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib. Sazişə görə, Podratçı qarşısında Çıraq Dərin Sulu Günəşli yataqları, Azəri kontrakt sahəsinə aid olan qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, Podratçı tərəflər müəyyən edilmiş müddətlər ərzində qiymətləndirmə aparmaq üçün qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, habelə ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidir. Podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi təqdirdə, xüsusilə Podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə Podratçıdan həmin laylardan imtina etməsini/geri qaytarılmasını tələb etmək hüququna malikdir”, - millət vəkili bildirib. 


S.Qurbanov qeyd edib ki, Çıraq-Dərin Sulu-Günəşli yataqları üzrə qiymətləndirmə quyusundan hasil ediləcək qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda AĞIR QƏZA: Ölən və xəsarət alan var

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisi...

Qubada 102 minlik dələduzluq: saxlanılanlar var

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.   DİN-in Mətbuat Xidmətinin Q...

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...