Banklar noyabrda dollar alışını azaldıb - RƏQƏMLƏR

Banklar noyabrda dollar alışını azaldıb - RƏQƏMLƏR

2024-cü ilin noyabrında keçirilən valyuta hərraclarında bankların xarici valyutaya tələbinin azalması müşahidə edilir. 


Sfera.az xəbər verir ki, noyabrın 1-26 tarixləri arasında yeddi hərrac keçirilib və bu hərraclarda ümumilikdə 480 milyon dollar dəyərində xarici valyuta satılıb. Noyabrın qalan günləri ərzində 2 və ya maksimum 3 hərracın keçirilməsi ehtimalı var. Bu hərraclardakı tələbi də nəzərə alsaq, böyük ehtimalla noyabrda dollara tələb oktyabrla müqayisədə azalacaq. Oktyabrda banklar 738,7 milyard dollar dəyərində xarici valyuta almışdılar. 


Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarını əhatə edən on ay ərzində banklar 6 milyard 116,77 milyon dollar dəyərində valyuta alıblar. 


Hərraclarda valyutanı əsasən Dövlət Neft Fondu satır. Fondun büdcəsi haqqında qanuna əsasən 2024-cü ildə fonddan dövlət büdcəsində transfert ediləcək məbləğ 7,518 milyard dolları ötməməlidir. 


Əgər oktyabrdakı kimi yüksək tələb davam edərsə, böyük ehtimalla bankların tələbini ödəmək üçün Azərbaycan Mərkəzi Bankı da valyuta satışını davam etdirməli olacaq. Xatırladaq ki,  oktyabrda Mərkəzi Bank böyük məbləğdə valyuta satıb. Ötən ay satılan 738,7 milyon dollar dəyərindəki valyutanın 174,4 milyon dollarını Neft Fondu, 564,3 milyon dollarını Mərkəzi Bank satıb. Tələb zəifləməsə, Mərkəzi Bank noyabr və dekabrda da böyük həcmdə valyuta satacaq. Əgər hərraclarda tələb zəifləyərsə, o halda ilin qalan dövründə Mərkəzi Bank ya valyuta satmayacaq, ya da satış daha az olacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Ən çox tələb görən ixtisaslar - Adlar

Qəbul imtahanları bitdi. Qarşıda abituriyentləri daha maraqlı, eyni zamanda, həlledici bir mərhələ gözləyir. Bu, ixtisas seçimi mərhələsidir. Bu gün seçilən ixt...

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıb - FOTO

III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqları Füzuli rayonu qarşılayır.   Sfera.az Trend-ə istinadən xəbər ve...

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeronda hava necə olacaq?   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə isti...

Tramp Putinlə bu ölkədə görüşə bilər - Dəvət olacaq

ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər.  ...

Cəmi 135 nəfərdən ibarətdir - Dünyanın ən kiçik ordusu hansı ölkədədir?

Müasir dünyada güclü ordu anlayışı, yüzminlərlə əsgər, milyardlarla dollar dəyərində silah arsenalı və böyük hərbi büdcə ilə ölçülür. Çinin 2 milyona yaxın əsgə...

Bu şəxslər inzibati cərimənin 10%-dən azad ediləcək

İnzibati cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar ...