Azərbaycanda avro ucuzlaşır - SƏBƏB
İqtisadiyyat
12:28 / 14.11.2024
1952
Son günlər Azərbaycanda aparıcı valyutalardan olan avronun ucuzlaşması müşahidə edilir.
Sfera.az xəbər verir ki, avronun manata qarşı məzənnəsi 1,79 səviyyəsinə enib. Halbuki, noyabrın əvvəlində avronun məzənnəsi 1,85 idi.
Ölkəmizdə avronun ucuzlaşmasına səbəb bu valyutanın dollarla olan məzənnəsinin dəyişməsi ilə bağlıdır. Son günlərdə dolların məzənnə dəyərində ciddi artım baş verir. Bu artımla əlaqədar olaraq avro dollar qarşısında ucuzlaşır.
Oktyabrın sonunda bir avro 1,12 dollar olduğu halda, hazırda 1,05 dollardır. Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi dollara nəzərən müəyyənləşir. Buna görə də avro-dollar məzənnəsinin enməsi, dolayısı ilə avro-manat məzənnəsinin də enməsinə səbəb olur.
Vasif
Sfera.az