Mərkəzi Bankda növbəti HƏRRAC - 66 milyon dollar SATILDI
İqtisadiyyat
13:54 / 31.10.2024
3133
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 66 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Sfera.az xəbər verir ki, bugünki hərrac oktyabr ayında keçirilən sonuncu hərrac olub. Son hərracın nəticəsi də nəzərə alınmaqla, banklar oktyabr ayı ərzində hərraclarda 738,7 milyon dollar xarici valyuta alıblar.
Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində keçirilən 80 valyuta hərracında 6 milyard 116 milyon 77 min dollar dəyərində xarici valyuta satılıb. Bu məbləğ ötən ilin yanvar-oktyabr ayları ərzində keçirilən valyuta hərraclarında satılan vəsaitdən (2,85 milyard dollar) 3,266 milyard dollar və ya 2,15 dəfə çoxdur.
Vasif