BRİCS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir? - Deputat SADALADI

BRİCS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir? - Deputat SADALADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.

 

Qeyd edək ki, dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRİCS ölkələri hazırda qlobal iqtisadiyyatın 37.4 faizini formalaşdırır. Bu illik 29 trilyon dollara yaxın Ümumi Daxili Məhsul (ÜDM) deməkdir. BRİCS artıq qlobal gücə çevrilib. Belə ki, əgər 1992-ci ildə hazırda BRİCS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyat payı 16.7 faiz, Böyük Yeddilik (G7) dövlətlərinin qlobal ÜDM-də çəkisi 45.5 faiz idisə, ötən müddətdə G7-nin qlobal payı 29 faizədək azalıb. 2009-cü ildə yaradılan BRİCS üzv ölkələri üçün inkişaf baxımdan yeni imkanlar yaradıb.

 

Bəs BRİCS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi ki, BRİCS-lə əməkdaşlığın genişlənməsi Azərbaycan üçün həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir:

 

 

“BRİCS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb də vardır. Eyni zamanda, BRCİS ölkələri ilə turzim sahəsində əməkdaşlıq son illər daha güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən 1,9 dəfə, İrandan 38,4 faiz, Misirdən 20,1 faiz, Rusiya Federasiyasından 18,4 faiz artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var”.

 

Millət vəkilinin sözlərinə görə, BRİCS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımdan da bir imkandır:

 

“Bu aspektdən baxsaq, əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də həm ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRİCS ölkələrindən yeni sərmayələrin cəlb imkanları yüksək qiymətləndirilir. BRİCS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir”.

 

Qeyd edək ki, 2006-cı ildə yaradılan BRİCS hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurumdur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Onların maaşı ilə bağlı QƏRAR VERİLDİ

Ədliyyə Nazirliyinin (Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rü...

Aktyorla xanımının qətlinin təfərrüatı AÇIQLANDI

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvadın qətlə yetirildiyi hadisənin bəzi təfərrüatı üzə çıxıb.   Sfera.az Qafqazinfo-ya istinadən xəb...

Evrim Alasya məşhur aktyorla eşq yaşayır - FOTO

“Kızılcık şerbeti”nin aktrisası Evrim Alasya tanınmış aktyor Kerem Alışıkla eşq yaşamağa başlayıb.   Sfera.az xəbər verir ki,  bunun...

İlham Əliyev Kazanda Laosun Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.   Sfer...

"Yuventus" qapıçısı ilə müqavilə müddətini ARTIRDI

İtaliyanın "Yuventus" komandası qapıçısı Mattiya Perinlə müqavilə müddətini artırıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər ve...

Hökumət rəsmiləri yağışın fəsadları ilə bağlı TOPLAŞDI - Tapşırıqlar verildi + FOTO

Hökumət son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.   Bu barədə Sfera.az-a Nazirlər Kabineti...