"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

Son zamanlar fərqli məqsədlərlə istehlak kreditlərinə üz tutan şəxslərin sayında artım müşahidə olunur. Bu gün demək olar, hər kəsin ətrafında bu cür insanlar var. Xüsusilə ehtiyacı olmadan belə kreditlərə müraciət edənlər ciddi təndiq edilir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki,  Azərbaycanda son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq 8 milyard manata çatıb.

 

Onun sözlərinə görə, bu, həm də ölkədən böyük pulların çıxması deməkdir:

 

“İstehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit portfelinin təxminən 3-də 1 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir.  Bu, hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-də verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi  5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir. Hələ nəzərə alaq ki, ABŞ-də xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi məhsullarını aldığımız ölkələrə axıb gedir”.

 

Ekspert qeyd edib ki, bu prosesdə malını bizə satan ölkələr, istehlak krediti verən banklar, bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər də qazanır, uduzan isə istehlakçılardır:

 

“Onları kimsə buna məcbur etmir. Amma insanlar bir-birilə bəhsə getməklə özlərini buna məcbur edirlər. Babamız, atamız piyada gəzib, özümüz bahalı maşın istəyirik. Nənəmiz, anamız 10-15 nəfərin istifadə etdiyi qabları soyuq suda yuyub, amma özümüz 2 nəfərin boşqabını isti suda yumaq istəmirik ki, qabyuyan maşın olmalıdır. Atamız bir topla, maksimum bir velosiped almaqla bizi xoşbəxt etdiyi halda, biz uşaqlarımızı ayfonlarla, smartfonlarla, “smart” nələrləsə xoşbəxt etməyə çalışırıq.  Nəticədə süfrəmiz, uşaqlarımızın qidası və təhsili üçün xərclənməli olduğumuz pulları görüntü naminə mənasız əmtəələrə xərcləyirik. Xaricdə istehsalını qurmağı bacarmış ağıllı insanlar isə bu pulları bizdən alıb öz uşaqlarının təhsilinə xərcləyir. Fikrimcə, bu gün ilk növbədə istehlak kreditlərinin verilmə şərtinə yenidən baxılmalı və sərtləşdirilməlidir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...