Azərbaycanda ev qiymətinə olan nömrələr SATIŞDA - SİYAHI

Azərbaycanda ev qiymətinə olan nömrələr SATIŞDA - SİYAHI

Azərbaycanda olduqca yüksək qiymətə mobil telefon nömrələri satışa çıxarılıb.

 

Sfera.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin oktyabrın 30-da keçiriləcək hərracda 30 mobil telefon nömrəsi satışa çıxarılacaq.

 

Bu nömrələrin hamısı "Azercell Telekom" MMC-yə məxsusdur. Təklif edilən nömrələrin hamısının bazar dəyəri adi nömrələrlə müqayisədə yüksəkdir. Amma onların arasında bəziləri var ki, ilkin qiyməti bir neçə min manatdır. Hərraca çıxarılan nömrələr arasında ən bahalısı 994 10 555 55 55-dir. Onun qiyməti 75 000 manatdır.

 

Qiyməti olduqca yüksək olan digər nömrə 994 10 999 99 99-dur. Bu nömrənin ilkin qiyməti 63 750 manatdır. Bu mömrələrdən başqa, qiyməti 35 min manata olan nömrələr (994 10 400 00 00 994 10 500 00 00) də var.

 

Ən ucuz nömrələr isə 765 manatadır. Bu qiymətə 994 10 910 10 10 və digər bu kimi nömrələri almaq olar.

 

Qeyd edək ki, müəyyənləşdirilən qiymətlər ilkin hərrac qiymətləridir. Hərrac zamanı qiymətlərin artması və ya azalması mümkündür.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...