Səudiyyə Ərəbistanla bağlı xəbərlər nefti ucuzlaşdırır

Səudiyyə Ərəbistanla bağlı xəbərlər nefti ucuzlaşdırır

Neft Səudiyyə Ərəbistanından gələn xəbərlərlə yenidən ucuzlaşır.

 

Sfera.az “Financial Times”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün hasilatı artırmaq niyyətindədir. “Financial Times”ə danışan məlumatlı mənbə bildirib ki, hökumət bunun üçün hətta qiymətləri endirməyə də hazırdır.

 

Birjalarda bu xəbərin yayılmasından sonra neft qiymətlərində son 2 həftənin ən böyük enməsi qeydə alınıb. “Brent” neftinin qiyməti bir gündə 2,5% enib və 70 dollara düşüb. Amma günün sonrakı saatlarında qiymət 71 dollara çatıb.

 

Xatırladaq ki, cəmi iki gün öncə “Brent” nefti 75 dollara satılırdı. Birja analitikləri hesab edir ki, Səudiyyə xəbərinin neft qiymətlərində azaldıcı təsirinin qalması üçün onun reallığa çevrilməsi lazımdır. Əks təqdirdə neft yenidən bahalaşacaq. Çünki Çindən gələn müsbət xəbərlər və ABŞ dollarının ucuzlaşmasının davam etməsi neftin bahalaşmasına əsas verir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

7-ci sinif şagirdini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, 7-ci sinif şagirdi Seymur Qədirlini maşın vuraraq öldürüb.&nbs...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...