Böyük Qayıdış üçün ayrılan pul azaldılacaq - RƏSMİ

Böyük Qayıdış üçün ayrılan pul azaldılacaq - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

 

Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu vəsait şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə xərclənəcək.

 

Maliyyə Nazirliyinin məlumatından görünür ki, növbəti ildə Böyük Qayıdış üçün nəzərdə tutulan vəsait 2024-cü ilə nisbətən 2 dəfədən də az olacaq. 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilərin bərpasına 9,9 milyard manat vəsait ayrılıb.

 

Xatırladaq ki, Azərbaycan dövləti 2021-ci ildən başlayaraq işğaldan azad edilən ərazilərin bərpasına vəsait ayırır. İllər üzrə xərclərə diqqət yetirdikdə görürük ki, dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. Artımın sürəti isə olduqca yüksəkdir. İşğaldan azad edilən ərazilərin bərpasına 2021-ci ildə 2,1784 milyard manat, 2022-ci ildə 4,315 milyard manat, 2023-cü ildə isə 5,8816 milyard manat vəsait ayrılıb. Üç il ərzində ayrılan vəsaitin məbləği 12,375 milyard manat təşkil edib. 2024-cü ildə ayrılması planlaşdırılan 9,903 milyard manatı da nəzərə alsaq, 2021-2024-cü illəri əhatə edən dördillik dövrdə işğaldan azad edilən ərazilərin bərpasına xərclənəcək vəsait 22,278 milyard manata çatacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...