Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dolları, yaxud 0,6 % azalaraq 76,30 ABŞ dolları təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

 

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,61 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


OXŞAR XƏBƏRLƏR

Türkiyənin vitse-prezidenti: "Qlobal sabitliyə töhfə veririk"

Türkiyə qlobal sabitliyə töhfə verir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada müdafiə sənayesi sahəsi ilə ...

Paşinyan: "Ermənistan Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələ qərar verməyib"

Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib-etməyəcəyi ...

Hikmət Hacıyev: "Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır"

Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər.   Sfera.az ...

Paşinyan: "Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədini açmalıyıq"

Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır.   Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol P...

Hikmət Hacıyev: "COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasında (COP29) hansı səviyyədə iştirakla bağlı...

Azərbaycanda ardıcıl 6 gün iş olmayacaq - QƏRAR

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda iş və istirahət günlərinin yeri dəyişdirilib. 12 və 13 noyabr iş günləri ilə müva...