Son bir ildə pensiyaçıların sayı necə dəyişib? - AÇIQLAMA

Son bir ildə pensiyaçıların sayı necə dəyişib? - AÇIQLAMA

"Bu il iyulun 1-nə olan statistikaya görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10.8 faizi deməkdir. Yəni Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Pensiyaçıların 64.4 faizi yaşa görə pensiya alır. Bu o deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709 min 44 nəfərdir. Ötən ilin eyni dövründə bu göstərici 702 min 920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6 min 124 nəfər artıb”.

 

Vüqar Bayramov qeyd edib ki, əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23.3 faizini təşkil edib.

 

“256 min 533 nəfər əlilliyə görə pensiya alır. Bir əvvəl bu göstərici 258 min 797 nəfər idi. Bu isə o deməkdir ki, əlilliyə görə pensiya alanların sayında 2 min 264 nəfər azalma qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12.3 faizini təşkil etməklə 135 min 423 nəfər olub. Bu növ pensiya alanların sayında da son bir ildə artım qeydə alınıb. Göründüyü kimi, pensiyaçıların sayı 2 növ pensiya üzrə artıb, 1 növ üzrə isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilməkdədir. Azalma bu sahədə tətbiq olunan yeni qaydalar və təkrar müayinələr ilə bağlıdır”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...