“Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib - FOTO

“Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib - FOTO

İyulun 29-da Dövlət Turizm Agentliyinin, Milli Kulinariya Mərkəzinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib.


Tədbirin məqsədi Qərbi Azərbaycanın qədim və zəngin qastronomiya mədəniyyəti nümunələrinin, özünəməxsus təamlarının, bölgəyə məxsus adət-ənənələrin və folklor nümunələrinin bir qismini nümayiş etdirməkdir.

 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qastroturizmin inkişaf etdirilməsinin qurumun fəaliyyət istiqamətləri arasında yer aldığını bildirərək, bu istiqamətdə işlərin yalnız qastronomik turların təşkili və ya milli mətbəximizin tanıdılmasını ehtiva etmədiyini, həmçinin regionlarda unudulmuş qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmağın da məqsədlərə daxil olduğunu qeyd edib.

 

Tarixən çox qədim və zəngin olan, eyni zamanda unudulan Azərbaycan yeməklərinin aşkara çıxarılaraq nəsillərdən-nəsillərə ötürməyin mənəvi borc sayıldığını bildirən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin bundan sonra da Qərbi Azərbaycana məxsus daha geniş və çoxsaylı kulinariya nümunələrinin qorunmasına və təbliğatına hərtərəfli dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb. 

 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan mətbəxinə diqqətin bu gün çox əhəmiyyətli məsələ olduğunu qeyd edib. O, Qərbi azərbaycanlıların əsrlər boyu yaşamış olduqları tarixi torpaqlarında çox zəngin maddi, mədəni və mənəvi irs yaratdıqlarını qeyd edərək, bu irsin təkcə Azərbaycan xalqının deyil, həm də bəşər mədəniyyətinin, dünya mirasının tərkib hissəsi olduğunu vurğulayıb. O, XX əsrdə Qərbi azərbaycanlıların tarixən yaşadıqları, doğma yurdlarından - indiki Ermənistandan dəfələrlə deportasiya olunduqlarını və bunun nəticəsində onların maddi və qeyri-maddi irsinə ziyan vurulduğunu təəssüflə qeyd edib.

 

Əziz Ələkbərli bu irsin araşdırılmasının, tədqiq edilməsinin, öyrənilməsinin, qorunmasının, bərpa edilməsinin və gələcək nəsillərə ötürülməsinin günün aktual problemi kimi hər kəsin borcu olduğunu bildirib. 

 

İcmanın İdarə Heyətinin sədri bu məsələdə Qərbi Azərbaycan İcmasının bilavasitə cavabdeh olan müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. 

 

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri, eləcə də ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib. 

 

Tədbir zamanı Qərbi Azərbaycan mətbəxininin dərinliklərini bilən aşpaz və qənnadçıların  hazırladıqları yeməklər, o cümlədən Basus dolması, Ələyəzli xan plovu, qovurğa, sucuq, əyirdək və digər təamlar təqdim edilib və onların dequstasiyası təşkil olunub, təqdim olunan yeməklərin tarixçəsi və istifadə olunan xüsusi inqrediyentlər haqqında Azərbaycan və ingilis dillərində məlumat verilib. Həmçinin Qərbi Azərbaycana məxsus “Tənzərə", "Qaladan-qalaya", "Ağbaba" yallı nümunləri nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...