Bu məhsulların qiyməti ARTDI - ADLAR

Bu məhsulların qiyməti ARTDI - ADLAR

Azərbaycanda iyunda ən çox bahalaşan ərzaq məhsulu yumurta olub.

 

Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, yumurtanın qiyməti bir ay ərzində 17 faiz artıb. Mayda 10 ədəd yumurtanın orta qiyməti 1,25 manat olduğu halda, iyunda 1,45 manat həddini ötüb.

 

Yumurtanın qiymətindəki kəskin dəyişiklik mövsümi amillərlə bağlıdır. Aprel və may aylarında toyuq yumurtası istehsalının artması təklif bolluğu yaratdığından qiymətlərə azaldıcı təsir edib. Buna görə də ötən ay yumurtanın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü.

 

İyunda meyvələrin də qiymətində ciddi artım olub. Meyvələr ümumilikdə 2,5 faiz bahalaşıb. Meyvələrdən daha çox bahalaşma limonda, almada, çiyələkdə və kividə qeydə alınıb.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...