Rusiyada ciddi kadr çatışmazlığı YARANDI - Maaşlar 7 min manatı ötdü

Rusiyada ciddi kadr çatışmazlığı YARANDI - Maaşlar 7 min manatı ötdü

Rusiyanın informasiya texnologiyaları (İT) sahəsində ciddi kadr çatışmazlığı yaranıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, kadr çatışmazlığından daha çox əziyyəti kiçik və orta biznesin (KOB) nümayəndələri çəkirlər.

 

"Blank Bank" analitiklərinin keçirdiyi sorğunun nəticələrinə əsasən, bu sahədə kadr çatışmazlığı getdikcə artır. Sorğuda KOB-un İT seqmentindən ümumilikdə 2,5 min sahibkar iştirak edib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, hazırda kiçik və orta biznes seqmentində İT mütəxəssislərinin çatışmazlığı 34 faiz təşkil edir. Bununla əlaqədar olaraq işəgötürənlərin əməkhaqqı xərcləri nəzərəçarpacaq dərəcədə artıb.

 

İndi bir İT mütəxəssisin minimum maaşı 130 min rubl (2520 manat), orta əməkhaqqı isə 270 min rubl (5240 manat) təşkil edib. Bu sahədə aylıq maaşı 370 min rubldan (7200 manat) yüksək olan çoxlu sayda İT mütəxəsisi də var. Sorğu zamanı bəlli olub ki, işəgötürənlər, əsasən, iş təcrübəsi olan mütəxəssislər axtarırlar.

 

Belə ki, orta və yüksək səviyyəli İT mütəxəssislərinə tələb müvafiq olaraq 42 və 39 faiz, aşağı səviyyəli proqramçılar (gənclər) üçün isə tələb cəmi 19 faiz təşkil edir.

 

Mütəxəssislərin fikrincə, şirkətlərin əsas marağı 1C (34 faiz), “Python” proqramçıları (23 faiz) və “JavaScript” tərtibatçıları (16 faiz) sahəsində mütəxəssislərə yönəlib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...