ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı BAŞLADI

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı BAŞLADI

ABB-nin baş sponsorluğu, “SABAH.HUB” İnnovasiya Mərkəzinin dəstəyi ilə Baku Crystal Hall-da “Baku ID” innovasiya festivalı başlanıb. Bu, Azərbaycanın və ümumən regionun əsas startap innovasiya tədbiridir. “Baku ID”nin baş sponsorları arasında ABB-dən başqa, Elm və Təhsil Nazirliyi, SOCAR, 4SİM, PAŞA Holding, Mappable və IDDA da var.

 

27-28 iyun tarixlərində keçirilən festival ölkəmizdə sayca üçüncü belə tədbirdir. Builki “Baku ID” tədbirinə 200-dən artıq yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb. Tədbir çərçivəsində “Startup Wise Guys”, “White Hill Capital”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, "Aloqa Ventures" və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb.

 

ABB-nin dəstəyi ilə startaplar tədbir zamanı "Startup Battle" konsepsiyası çərçivəsində yarışıb, 15.000 AZN qrant mükafatının da sahibi ola bilərlər. Tədbir boyunca startaplar investorlarla əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial şəkildə investesiya əldə etmək üçün geniş imkanlar əldə edəcəklər.

 

“Baku ID” innovasiya festivalı fəaliyyət dövrü ərzində onlarla startapın inkişafına dəstək verib. Ümumilikdə isə startapların 1.7 milyon AZN-dən çox investisiya almasına nail olub.

 

Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB belə faydalı layihələrin dəstəklənməsinə sosial məsuliyyət proqramlarında xüsusi yer ayırır.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

"Elitalar Rusiyadan qisas almağa çalışırlar" - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Rusiyaya qarşı aqressiv münasibətdə ittiham edib.   Sfera.az bu barədə Rusiya media...

Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Ötən gün İsrail ordusunun Suriyanın Müdafiə Nazirliyinin və parlamentin binasını raketlərlə vurması beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib.  ...

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...