Ucuz taksi dövrü BAŞA ÇATIR – Qiymətlər bu tarixdən daha da ARTACAQ 

Ucuz taksi dövrü BAŞA ÇATIR – Qiymətlər bu tarixdən daha da ARTACAQ 

Artıq bir neçə gündür ki, Bakıda və onun ətraf yaşayış məntəqələrində əvvəlki kimi ucuz taksi tapmaq mümkün olmur.

 

Sfera.az xəbər verir ki, buna səbəb taksi xidməti göstərən ucuz avtomobillərin sayının azalmasıdır. Bir ay öncəyə qədər taksi xidmətində çoxlu sayda 2006-2009-cu illərdə istehsal olunan, istehsal tarixindən 15 il və daha çox müddət ötən ucuz “Prius” avtomobillərindən istifadə olunurdu. Bu avtomobillərlə ən ucuz 2,5 manata, orta hesabla isə 4-5 manata səfər etmək mümkün idi. Lakin son günlərdə taksi sifarişləri qəbul edən operator şirkətlər həmin avtomobillərin bir çoxuna informasiya xidməti göstərməkdən imtina ediblər.

 

Buna görə də ucuz avtomobillərlə taksi xidməti göstərən şəxslər sifariş qəbul edə bilmir. Ucuz taksiləri, əsasən, sərnişin sıxlığı az olan vaxtlarda tapmaq mümkündür. Bu vaxtlarda ekonom taksiləri seçməklə getmək istədiyiniz ünvana az pul ödəməklə çatmaq olur. Amma günün sərnişin sıxlığı yüksək olan vaxtlarında ekonom taksilər tapmaq müşkülə çevrilir.

 

Həmin vaxtlarda operatorlar ya sifarişləri avtomobilin sürücüsünə yönəltmir, ya da sifariş qəbul edilsə də sərnişin taksinin gəlməsini dəqiqələrlə gözləməli olur. Bəzən gözləmə müddəti 10-15 dəqiqəyə qədər uzanır ki, bu vəziyyətdə də insanlar həm xeyli vaxt itirir, həm də əsəb gərginliyi keçirir.

 

Mövcud vəziyyətdə operatorlar sərnişinlərə alternativ variantlar təklif edirlər. Sifariş zamanı sərnişinlərə ekonom deyil, komfort avtomobilləri seçmələri tövsiyə edilir.

 

Bu avtomobillərlə bir gedişin qiyməti isə ekonomlarla müqayisədə ən azı 50 faiz yüksəkdir.

 

Yəni ekonom taksilərlə 4-5 manata gedilməsi mümkün olan yolu, komfort taksilərlə 6-7 manata getmək mümkündür. Yaranan yeni vəziyyətdən belə anlaşılır ki, artıq taksi bazarında ekonom xidmətlər tədricən ləğv edilir, yalnız komfort xidmətlər qalıb. Bu isə o deməkdir ki, əvvəlki kimi ucuz taksi xidmətləri tədricən azalır.

 

Bəs ucuz taksilərin olmaması nə ilə nəticələnəcək?

 

2024-cü ilin iyulun 1-dən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, istehsal tarixindən 15 il keçən avtomobillərlə taksi xidməti göstərmək mümkün olmayacaq.

 

Buna görə də taksi xidməti göstərmək istəyən fiziki və ya hüquqi şəxslər ən azı 2009-cu ilin istehsalı olan avtomobillərdən istifadə etməlidir. Gələn il ən azı 2010-cu ilin, 2026-cı ildə 2011-ci ilin avtomobilləri ilə xidmət gəstərmək tələb olunacaq.

 

Əgər iyulun 1-dən sonra taksi xidməti üçün avtomobil idxal ediləcəksə, o halda avtomobillərin istehsal tarixindən maksimum 8 il ötməlidir. Yəni avtomobillərin istehsal tarixi ən azı 2016-cı il olmalıdır. Bu tələblər fiziki və hüquqi şəxslərdən komfort avtomobillərlə xidmət göstərməyi tələb edir. Avtomobillər komfort olduğundan təbii ki, qiymətlər də buna uyğun olmalıdır.

 

Başqa sözlə, iyulun 1-dən əvvəlki kimi aşağı qiymətə taksi xidməti olmayacaq. Həmin tarixdən indiki komfort taksilər ekonom taksilərin yerini tutacaq. Qiymətlərə təsir edən əsas amillərdən biri də taksi sayı olacaq.

 

Müvafiq qurumlar Bakıda taksi xidməti göstərən avtomobillərin sayını 20 min ədədlə məhdudlaşdırmaq istəyir. Bir ay əvvəl Bakıda 60 min avtomobilin taksi xidməti göstərdiyini nəzərə alsaq, belə aydın olur ki, bir aydan sonra paytaxtda taksi sayı ən azı 3 dəfə azalacaq. Taksi sayının azalması isə taksi xidmətlərinin bahalaşması ilə nəticələnəcək. Beləliklə, Bakıda ucuz taksi dövrü tədricən sona yaxınlaşır. Bir aydan sonra taksidən istifadə etmək şəxslər ən azı 4-5 manat ödəməklə səfər edə biləcək.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Kürdə dəhşətli hadisə: qayıq yandı, 10 nəfər xəsarət aldı - YENİLƏNDİ

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.   Sfera.az-ın məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.   H...

İki dəfə öldürüldü: Yoxa çıxan qadın beş il sonra sevgilisinin şkafında görünüb

1990-cı illərin ən müəmmalı itkin düşmüş şəxs işlərindən birinin mərkəzində olan Nataşa Rayanın öldüyü elan edilib.    Sfera.az bildirir ki, 40 ...

Avropa çempionatları tarixində ən erkən qol vuruldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.   Sfera.az xəbər verir ki, bu rekorda Albaniya millisinin yarım...

26 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

Qazaxda 26 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb.   Belə ki, 19...

İtaliyanın Baş naziri yaxın həftələrdə Çinə səfər edəcək

İtaliyanın Baş naziri Corca Meloni yaxın həftələrdə Çinə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə o, Yeddilik Qrupu (G7) sammitinin sonunda...

Qəbələdə zəncirvari qəza: Turistlər həlak oldular

Qəbələdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, iki əcnəbi turist ölüb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Qəbələ-A...