Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı

Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.

 

Bu barədə Sfera.az-a ƏSF-dən bildirilib.

 

"2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib.

 

"İki bankın – “Azərbaycan Kredit Bankı” ASC və "Borçalı" KB-nin ləğv prosesi yekunlaşdırılıb. Digər 4 bank - "Royalbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Dəmirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib və bu proses davam edir", - ƏSF-dən bildirilib.

 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb. “Banklar haqqında” qanuna əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib. Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.


OXŞAR XƏBƏRLƏR

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...