Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən Respublika Fənn Olimpiadaları yekunlaşdı

Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən Respublika Fənn Olimpiadaları yekunlaşdı

Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadaları başa çatıb. Ümumilikdə 62 mindən çox şagirdin qeydiyyatdan keçdiyi olimpiadalar 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar.

 

24 fevral 2024-cü il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Bu turda ümumilikdə 10 997 şagird iştirak etmək hüququ qazanıb. 28 aprel-7 may 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən final turunda isə bu mərhələyə qatılan 1000-ə yaxın şagirddən 490 nəfəri qalib olub. Olimpiadanın nəticələri portal.edu.az platforması üzərindən elan edilib.

 

Təhsilə dəstək Kapital Bank-ın strateji planının bir hissəsidir. Məktəblilərin motivasiyası bu istiqamətdə xüsusi yer tutur. Bank bu kimi layihələrə dəstək olmaqla istedadlı şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməyi hədəfləyir. Artıq 7-ci təhsil ilidir bu layihəyə sponsorluq edən Kapital Bank-ın məqsədi şagirdləri ali təhsil almağa motivasiya etmək və uğurlu təhsil həyatının ardından onları əmək bazarına peşəkar mütəxəssis olaraq qazandırmaqdır.  

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc .


OXŞAR XƏBƏRLƏR

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır - FOTO

Tanınmış jurnalist Sərxan Kamal komaya düşüb.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, o, hazırda Xətai Tibb Mərkəzinə yerləşdirilib, komato...

Şolts Ukrayna sammitini yarımçıq tərk etdi

Almaniya kansleri Olaf Şolts iyunun 16-da səhər saatlarında İsveçrədə Ukrayna üzrə konfransı tərk edib.   Sfera.az xəbər verir ki, bu barədə DPA agen...

Yevlaxda avtomobillər toqquşdu: Səkkiz nəfər xəsarət aldı

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla səkkiz nəfər xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, hadisə Xaldan-Ming...

Hərbi hissələrdə valideynlərlə görüş qadağan edildi - SƏBƏB

Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxma...

Ürəkbulanması hansı xəstəliyin əlamətidir? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb.   Verilişin budəfəki sayında mədə xorası haqqında danışılıb, xəstəliyin əlam...

Sabah dəniz suyunun temperaturu nə qədər olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 17-də cənub-...