Rabitəbankda əmanətiniz qazanc üstə qazanc gətirəcək

Rabitəbankda əmanətiniz qazanc üstə qazanc gətirəcək

Rabitəbank müştərilərinə etibarlı və rahat qazanc əldə etməyə imkan verən manat və dollar əmanətləri üzrə sərfəli kampaniyalar təklif edir.

 

Bank yaranmasının 31 illiyi ilə əlaqədar olaraq “Universal əmanət” məhsulu üzrə kampaniyaya start verib. Belə ki, Rabitəbank 1 yaş daha böyüməyi münasibətilə müqavilə müddətinin sonunda (hesablanmış faizlərin ödənilmə tezliyindən asılı olmayaraq) manat əmanəti faizinə əlavə 1% hədiyyə edəcək. Üstəlik, 18 ay və daha yuxarı müddətli əmanətlər vergidən tamamilə azaddır. Müştərilərin istəyindən asılı olaraq faizlər aylıq, rüblük və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 AZN, müddət isə 3 aydan 36 ayadəkdir. Qeyd edək ki, kampaniya 31 iyula qədər davam edəcək. “Universal əmanət” məhsulu üzrə kampaniya haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz: //rbt.az/uemanet

 

Rabitəbankın əmanətini dollar valyutası ilə saxlamaq istəyən müştərilər üçün sərfəli “Dollar əmanəti” kampaniyası da davam edir. Kampaniya müddətində illik 3,8%-dək əlavə gəlir qazanmaq mümkün olacaq. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 USD, müddət isə 3 aydan 24 ayadəkdir. Kampaniya 31 maya qədər davam edəcək. “Dollar əmanəti” kampaniyası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: //rbt.az/demanet

 

Kampaniyalardan yararlanmaq istəyən hər kəs bankın istənilən filialına yaxınlaşaraq hesab açdıra bilər. Qeyd edək ki, Rabitəbanka yatırılan bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq qorunur.

 

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Aygün hamının içində Namiqə elə söz dedi ki, pərt oldu - VİDEO

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun maraqlı videosu yayılıb.   Sfera.az olay-a istinadən xəbər verir ki, məclislərin birin...

Qəssabdan qaçan dana dama çıxdı - FOTO

Türkiyədə hər il qəssabların əlindən qaçan qurbanlıq heyvanların sərgüzəştləri ilə bağlı onlarla xəbər dərc olunur. Sfera.az lent.az-a istinadən bildirir ki,...

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq

İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi şəhərətrafı ərazilərdə havanın tutula...

Heyvanların satışı və kəsimi xidmətləri hansı ünvanlarda göstərilir?

İyunun 16-sı və 17-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəs...

“Şuşa Bəyannaməsi hər iki ölkə üçün mühüm tarixi sənəddir” - Kamaləddin Qafarov

“Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevi...

Bakıda və Abşeronda 34 dərəcə isti olub - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava açıqlanıb.   Sfera.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.   Bildirilib ki, ...