Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis binasında həyata keçirilən imza mərasimində Bank-ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digər rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər. 

 

Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bank teatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşı Teatrın nümayəndəliyi Yelo Bank-ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

 

Yusif Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar və uzunmüddətli olacağına inandığını bildirib. “Yelo Bank ilə əməkdaşlığa başlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqi alətləri və İtaliyadan “Tosca”, “Traviata” operaları üçün dekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkə mədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Yelo Banka öz təşəkkürümüzü bildirmək istəyirik”.

 

“Bu gün imzalanan müqavilə Yelo Bankın mədəniyyətə dəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya opera mədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirmək istəyirik. Biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanında olmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər iki tərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm”. – deyə Marina Kulişova bildirib.

 

Qeyd edək ki, fəal sosial məsuliyyətli bank kimi Yelo, incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bank-ın Baş ofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyədək burada İsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimi sənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri, eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühüm tədbirlər keçirilib.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.


Yelo Bank – Parlaq bankçılıq!


OXŞAR XƏBƏRLƏR

"Həsrət və intizar var, Aygünlə illər sonra..." - Namiq Qaraçuxurlu

“Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik”.   Sfera.az olay-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq...

Azərbaycan və Özbəkistan könüllüləri arasında memorandum İMZALANDI

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə bu qardaş ölkənin Könüllülər Assosiasiyası arasında memorandum imzalanıb. ...

"Tramp Ukrayna ilə bağlı plan hazırlayır" - "Daily Telegraph"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair müfəssəl plan hazırlayıb, lakin onu seçkiyə qədər açıqlamayacaq. &nbs...

Aİ ilə Azərbaycan arasında Orta Dəhlizin inkişafı məsələləri MÜZAKİRƏ EDİLDİ

Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib.   Sfera.az xəbər v...

FHN bu səbəbdən əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, nazirlik əhaliyə ...

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ 

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq.    Sfera.az  xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda pa...