Neft getdikcə UCUZLAŞIR - RƏQƏMLƏR

Neft getdikcə UCUZLAŞIR - RƏQƏMLƏR

Bir müddət qiyməti yüksələrək 91 dolları ötən “Brent” neftinin qiyməti son günlər ucuzlaşıb.


Sfera.az xəbər verir ki, 2024-cü ilin aprelin əvvəlində “Brent” neftinin dəyəri 91,1 dollara çatmışdı. Həmin tarixdə Azərbaycanın ixrac etdiyi “Azeri light” neftinin qiyməti isə 95 dollara yaxınlaşmışdı. 


Neft qiymətləri gözlənilməyən həddə çatdıqdan sonra enməyə başlayıb. Hazırda “Brent” neftinin qiyməti 85,8 dollar, “Azeri light” neftinin qiyməti isə 88 dollara düşüb. 


Neft qiymətlərinin artımdan sonra enişə keçməsinin səbəbi gözləntilərin özünü doğrultmamasıdır. Belə ki, aprelin əvvəlində İsrailin İranın konsulluq binasını vurması və bunun nəticəsində 2 iranlı generalın ölməsi Yaxın Şərqdə daha böyük müharibə təhlükəsini artırmışdı. Bu səbəbdən də neft qiymətlərində güclü artımlar qeydə alındı. Lakin son günlər belə bir müharibənin olmayacağı dəqiqləşdiyindən neft qiymətləri yenidən əvvəlki səviyyəyə qayıdır. Yəqin ki, neft qiymətləri 80 dollar səviyyəsində sabitləşəcək. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR