Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd Şeyx ilə görüşdə bildirib.

 

O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən, Pakistandan idxal olunan düyünün 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilməsi barədə məlumat verib.

 

Səfir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi xeyli artaraq 100 milyon ABŞ dollarını ötüb.

 

X.Fərhadov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistana LNG tədarükünün bərpasının, eləcə də enerji və informasiya texnologiyaları sektorlarına qarşılıqlı investisiyaların qoyulmasının hər iki ölkənin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb.

 

O, Azərbaycan və Pakistanın işgüzar dairələri arasında əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib:

 

“Özəl sektorun iştirakı olmadan biz heç vaxt səy göstərdiyimiz məqsədə nail ola bilməyəcəyik. Özəl sektor Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyanın 2021-ci ilin dekabrında keçirilmiş VII iclası zamanı yaradılmış birgə işçi qruplarında iştirak etməlidir. Bu qruplar müxtəlif sahələri əhatə edir və özəl müəssisələr ticari-iqtisadi əməkdaşlığın inkişafında iştiraka dəvət edilməlidir”.

 

KTSP-nin prezidenti İftixar Əhməd Şeyx isə öz növbəsində ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycanı qarşıdan gələn “Mənim Kəraçim - Harmoniya oazisi” beynəlxalq sərgisində iştirak etməyə dəvət edib.


OXŞAR XƏBƏRLƏR

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...

Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.  ...