“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt innovasiyaları kateqoriyasında “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünü elan edib.

 

Sfera.az xəbər verir ki, “Global Finance” jurnalının on birinci illik mükafatlandırma proqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edən aparıcı şirkətləri dəyərləndirilib.

 

Bu uğur regionun maliyyə sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə Kapital Bank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq edilən innovasiyaların əhəmiyyətini vurğulayır.

 

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.

 

Qeyd edək ki, “Global Finance” jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) adına da layiq görüb. Eyni zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) mükafatını qazanıb.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

7-ci sinif şagirdini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, 7-ci sinif şagirdi Seymur Qədirlini maşın vuraraq öldürüb.&nbs...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...