"Bu ilin dövlət büdcəsinə yenidən baxıla bilər" – ŞƏRH

2024-cü ilin birinci rübündə həm Azərbaycanın ixrac etdiyi neftin orta qiymətinin səviyyəsi, həm də vergi və gömrük gəlirləri cari ildə fiskal vəziyyətin proqnozlaşdırılan baza ssenarisindən daha əlverişli olacağını göstərir. Əgər ilin qalan ayları ərzində də mövcud vəziyyətdə kəskin dəyişiklik baş verməsə yay aylarında dövlət büdcəsində dəyişikliklərin edilməsi imkanı yaranacaq. 

 

Sfera.az xatırladır ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsi hazırlanan zaman ixrac olunan neftin orta qiyməti 60 dollardan götürülüb. Neftin qiyməti aşağı götürülməklə yanaşı Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadıqda büdcə gəlirlərinin 2022 və 2023-cü ilə nisbətən az olacağı proqnozlaşdırılıb. 

 

İlkin göstəricilər onu deməyə əsas verir ki, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsində optimizm hakim olacaq və bunun hesabına büdcə xərclərini artırmaq, Neft Fondundan nəzərdə tutulan maksimum həddə transferti həyata keçirtmək və büdcə kəsirini minimuma endirmək mümkün olacaq.   

 

Azərbaycanın dövlət gəlirlərində əsas paya neft gəlirləri sahibdir. Neft gəlirlərinə təsir edən əsas amil isə onun qiymətidir. İlk 3 ayın nəticələri göstərir ki, ölkəmizin ixrac etdiyi neftin orta qiyməti 80 dollardan yüksək olub. Bu qiymət səviyyəsi optimist düşünməyə əsas verir. Əgər neftin ortaillik qiyməti 80 dollar səviyyəsində qalarsa həm ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri yüksələcək, həm Neft Fondunun gəlirləri kəskin artacaq, həm də büdcənin neft və qeyri neft-qaz sektorundan vergi gəlirləri yüksələcək. 

 

Büdcə layihəsi hazırlanan zaman neftin qiyməti 60 dollardan götürülüb. Bu qiymətlə ÜDM-nin dəyərinin118,4 milyard manat, 80 dollar qiymətlə isə 128,7 milyard manat olacağı təxmin edilib. 

 

Neftin bahalaşması qeyri neft-qaz ÜDM-yə də təsir edəcək. Neftin qiyməti 80 dollar olarsa, qeyr neft-qaz ÜDM-nin bazar dəyəri 3,2 milyard manat artaraq 87,4 milyard manat təşkil edəcək. 

 

Neft qiymətləri Dövlət  Neft  Fondunun cari gəlirlərinə birbaşa təsir imkanına sahibdir. “Qara qızıl”ın qiyməti 60 dollar olacağı təqdirdə Fondun neft və qaz satışından gəliri 12,1 milyard manat proqnozlaşdırılıb. Bu qiymətlə Fondun bir ildə əldə edəcəyi gəlirin hamısı xərclənəcək və aktivlərdəki artım ehtimalı yalnız investisiya alətlərinin dəyərindəki dəyişiklikliyə qalacaq. Amma neftin qiyməti 80 dollarda qalacağı təqdirdə Fondun gəlirləri 3,4 milyard manat artaraq 15,5 milyard manata çatacaq. Bu halda Fondun cari gəliri xərclərindən təxminən 3 milyard manat çox olacaq. 

 

Neftin bahalaşması büdcənin neft-qaz gəlirlərini də artıracaq. Büdcə proqnozuna əsasən neftin qiyməti 60 dollar olacağı halda neft-qaz sektorundan gəlirlər 4,4 milyard manat, qiymət 80 dollar olacağı halda isə 5,2 milyard manat təşkil edəcək. 

 

Beləliklər, neft qiymətləri büdcənin gəlirlərində önəmli təsirə sahib olduğundan hazırkı əlverişli qiymət səviyyəsi büdcə xərclərinin bir qədər də artırılmasına imkan yaradacaq. Bunu nəzərə alaraq gözləmək olar ki, bu il dövlət büdcəsinə yenidən baxılacaq və 2023-cü ildə olduğu kimi əksər sahələr üzrə maaşlar, eləcə də pensiya və müavinətlər artırılacaq. 

 

Qeyd edək ki, bu il müşahidə edilən aşağı inflyasiya səviyyəsi də maaş, pensiya və müavinətlərin artırılmasını daha əlverişli edir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

MDB ölkələrinin birində terror aktı hazırlayırdı, SAXLANILDI

Qırğızıstanda MDB ölkələrinin birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az “Kommersant”a istinadən xəbər ...

İdmançımız ilk oyunda UDUZDU

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.    Sfera.az&n...

Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər SAXLANILDI

Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb.   DİN-in Mətbuat Xidmətinin Bərdə region...

Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə SALINDI

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinqi yarışının ilkin və final mərhələsi təxirə salınıb.   ...

Mikayıl Cabbarov bu müəssisələrin fəaliyyəti ilə TANIŞ OLDU

Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mika...

Qonşu ölkədə ZƏLZƏLƏ - Dağıntı və tələfat...

Gürcüstanda 4,3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şimal-q...