Neftin qiyməti bu il 100 dollara çata bilər - “JPMorgan” səbəbi AÇIQLADI

Neftin qiyməti bu il 100 dollara çata bilər - “JPMorgan” səbəbi AÇIQLADI

ABŞ-nin və dünyanın ən böyük investisiya banklarından olan “JPMorgan” hesab edir ki, Rusiyanın neft hasilatını azaltmasından sonra bu il “Brent” markalı neftin qiyməti 100 dollara çata bilər. 


Sfera.az xəbər verir ki, “JPMorgan” Rusiyanın neft hasilatını azaldacağı təqdirdə yaranan kəsiri digər ölkələrin istehsalı artırmaqla qapadağacına inanır. Amma bank düşünür ki, azalan hasilatı digər ölkələrin kompensasiya etməsi üçün müəyyən vaxta ehtiyac var və bu müddət ərzində neftin bahalaşmasının qarşısını almaq çətin olacaq. 


İnvestisiya bankının analitikləri proqnozlaşdırır ki, rəsmi Moskvanın addımlarının təsiri ilə “Brent” markalı neftin qiyməti mayda 90 dollara, sentyabrda isə 100 dollara yaxınlaşacaq. 


Qeyd edək ki, Rusiya neft emalı zavodlarına hücumları, terror aktlarını, eləcə də sanksiyalar səbəbindən satılan məhsulların pulunu vaxtında ala bilməməsini əsas gətirərək neft hasilatını azaltmaq haqqında düşünür. “JPMorgan”a görə, bununla bağlı düşüncələr qəti qərara çevrilərsə, neft qiymətləri bir müddət çox yüksək olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR