Sanksiyalar nəticə verməyə başladı - Rusiya satdığı neftin pulunu ALA BİLMİR

Sanksiyalar nəticə verməyə başladı - Rusiya satdığı neftin pulunu ALA BİLMİR

Sanksiyalar səbəbindən Rusiyanın xarici maliyyə və ticarət əməliyyatlarında yaranan çətinliklər böyüyür. 

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən banklar ABŞ-nin sanksiyalarına görə, Rusiya ilə maliyyə əməliyyatlarını məhdudlaşdırır. Bu vəziyyət Rusiyaya satdığı neftin pulunu almaqda da çətinliklər yaradır. 


    
Məlumata görə, ABŞ-nin ötən ilin dekabrında qəbul etdiyi sanksiyalardan sonra xarici banklar Rusiyaya ödənişlərdə ehtiyatlı davranmağa başlayıblar. Buna görə də Rusiya neft şirkətləri satılan xam neft və yanacağa görə ödənişləri vaxtında ala bilmirlər. 


Türkiyə, Çin və BƏƏ-dəki bəzi banklar son həftələrdə sanksiyalara uyğun davranır və bu, Moskvaya pul köçürmələrinin gecikməsinə, hətta köçürmələrdən imtina edilməsinə səbəb olub. 


“Reuters”in əldə etdiyi məlumata əsasən, BƏƏ-nin “First Abu Dhabi Bank” (FAB) və “Dubai Islamic Bank” (DIB) bankları Rusiya mallarının ticarəti ilə bağlı bəzi hesabları dondurub. Bundan başqa Türkiyənin “Ziraat Bankı” və “Vakıfbank”, BƏƏ-nin “Mashreq bank”ı və Çinin ICBC və “Bank of China” hələ də ödənişləri həyata keçirsələr də əməliyyatların tamamlanması həftələrlə, bəzən aylarla vaxt aparır. 


“Reuters” xatırladır ki, yeni vəziyyətlə bağlı Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O, Çində bankların ödənişləri gecikdirməsi xəbərləri ilə bağlı verilən suala cavabında ödənişlərdə problemlərin olduğunu təsdiqləyib. Peskov bildirib ki, ABŞ və Avropa Birliyinin Çinə güclü təzyiqləri davam edir və bu vəziyyət müəyyən problemlər yaradır. Amma o, əmindir ki, sanksiyalar Çinlə ticari-iqtisadi əlaqələrin inkişafına mane olmayacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...