Avropda qaz bahalaşır – SON QİYMƏT

Avropda qaz bahalaşır – SON QİYMƏT

Qlobal enerji təchizatında risklərin artması Avropada təbii qazın bahalaşmasına səbəb olur. Son dörd gündə qiyməti artan təbii qazın dəyəri bu səhər Hollandiyada daha 6,2 faiz yüksəlib. 


Sfera.az xatırladır ki, bahalaşmaya qədər təbii qazın qiyməti ilin əvvəlindən 30 faiz enmişdi. Amma son günlər bir çox ölkədə maye qaz istehsal edən qurğuların işində fasilələrin yaranması təbii qazın qiymətlərini artırıb. Bundan əlavə, gələn həftə Şimali Avropanın bəzi bölgələrində temperaturun normadan xeyli aşağı olacağı gözləntiləri də qiymətləri yüksəldib. 


Bəzi ekspertlər hesab edir ki, qazın bahalaşmasına təsir edən əsas səbəblərdən biri də Rusiyada neft emalı zavodlarının Ukraynanın hücumlarına məruz qalmasıdır. 
Sadalanan səbəblərlə əlaqədar qazın qiyməti Avropada 350 dollara çatıb. Halbuki, bir neçə gün öncə qaz 300 dollardan ucuz satılırdı.


Vasif


OXŞAR XƏBƏRLƏR

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Yekaterinburqda həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verib.   Sfera.az xəbər ...

Bakıda əməliyyat keçirildi - Xeyli sayda saxlanılan var

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı ə...

İran iki fransız vətəndaşını “MOSSAD”a görə həbs etdi

İranın iki fransız vətəndaşını Sesil Koler və Cak Parisi İsrailin “MOSSAD” kəşfiyyat xidməti üçün casusluq ittihamı ilə həbs etməsi Fransanın ciddi ...

Məhərrəm ayı ilə bağlı ŞOK İDDİA - Haram ayda nələr qadağandır?

İyun ayının 26-da Azərbaycanda Məhərrəm ayı başlayıb. Hicri-qəməri tarixinin ilk ayı olan Məhərrəm haqqında müxtəlif fikirlər var. Bəziləri bu toyda toy-nişan, ...

Hüseyn Cavid prospektində yaşayış binası yanır

Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.   Sfera.az xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyasi” stansiyası...

Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, tərəflərin həyatında həm psixoloji, həm də maliyyə baxımından yeni vəziyyətlər yaradır. Bu pros...