Azərbaycanda atların sayı niyə azalır? - SƏBƏB

Azərbaycanda atların sayı niyə azalır? - SƏBƏB

Azərbaycanda ötən il atların sayında ciddi azalma qeydə alınıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bir il ərzində ölkəmizdə atların sayı 3500 baş azalaraq 53 076 başa düşüb. 2022-ci ildə Azərbaycanda 56 576 baş at var idi və il ərzində onların sayı 6,2 faiz azalıb. 


Ölkəmizdə atların sayının azalmasını mal ətinin bahalaşmasından sonra ucuz at ətinə tələbin artması və qismən ixracla əlaqələndirmək olar. Mal ətinin bahalaşmasından sonra ara-sıra camış, at, hətta eşşək ətinin kəsilərək inək əti adı altında satılmasına dair faktlar üzə çıxır. Bu cür faktlar da göstərir ki, Azərbaycanda atların bir hissəsi ətlik məqsədilə kəsilir. 


Qeyd edək ki, Azərbaycan qanunlarına görə at ətinin satılması qadağan deyil, bir şərtlə ki, atın əti öz adı altında satılsın. Azərbaycanda at ətinə tələb olmadığına görə bu heyvanların əti adətən inək əti adı altında satışa verilir. Hazırda atın qiyməti inək naxırına aid olan cavan heyvanların qiymətindən çox aşağı olduğundan daha çox pul qazanmaq istəyən qəssabxanalarda at ətinə tələb artır. 


Son illərdə Azərbaycandan diri atların ixracı da artıb. Orta Asiya ölkələri Azərbaycandan hər il bir neçə yüz baş diri at idxal edir. 


Qeyd etdiyimiz hər iki amil atların sayının azalmasına səbəb olur. 


Bəs ölkəmizdə ən çox at hansı rayon və şəhərdə saxlanılır, atların sayında azalma harada daha çox müşahidə edilib?


Son bir ilin statistikası göstərir ki, atların sayında daha çox azalma Şahbuz, Ağcəbədi, Ağstafa, Gədəbəy, Xaçmaz, Quba, İmişli, Ordubad , Kəngərli və Balakən rayonlarında qeydə alınıb. 


Şahbuz rayonunda atların sayı bir neçə dəfə azalaraq 1240 başdan 478 başa düşüb. Bu rayondan başqa atların sayı Ordubadda 617 başdan 403 başa, Kəngərli rayonunda 387 başdan 247 başa, Ağcəbədi rayonunda 1275 başdan 1046 başa, Ağstafa rayonunda 1759 başdan 1506 başa, Gədəbəydə 1437-dən 1303-ə, Xaçmazda 1674-dən 1551-ə düşüb.  


Atların sayında ən çox artım isə Cəlilabadda (1583 başdan 2000 başa), Sabirabadda (1583 başdan 1799 başa),  Laçında (1480 başdan 1631 başa) olub. 


Ümumilikdə, ölkəmizdə ən çox at Zaqatala (3590 baş), Quba (2528 baş), Cəlilabad (2000 baş) rayonlarında saxlanılır. 


Vasif
 

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...