Azərbaycanda əhali daha çox dollar almağa başlayıb - SƏBƏB NƏDİR?

Azərbaycanda əhali daha çox dollar almağa başlayıb - SƏBƏB NƏDİR?

Azərbaycanın Mərkəzi Bankında keçirilən valyuta hərraclarında dollara tələbi azaltmaq mümkün olmur. 


Sfera.az xəbər verir ki, bu gün keçirilən növbəti hərracda da xarici valyutaya tələb yüksək olub. Mərkəzi Bankın məlumatına əsasən, hərracda banklar 108,1 milyon dollar dəyərində xarici valyuta alıblar. 


Azərbaycanda ötən ilin dekabrından dollara tələbdə yüksəlmə müşahidə edilir. Bu hal fevralda daha yüksək səviyyəyə çatıb. Bunu statistik məlumatlar da təsdiq edir. Fevralın 22 günü ərzində 7 valyuta hərracı keçirilib və bu hərraclarda ümumilikdə 685,5 milyon dollar dəyərində xarici valyuta satılıb. Hərracların dördündə isə xarici valyutaya tələb 100 milyon dolları ötüb. 


Mərkəzi Bank proqnozlaşdırır ki, növbəti aydan etibarən hərraclarda dollara tələb zəifləyəcək. Qurum fevralda tələbin artmasını daha çox mövsümi amillərlə əlaqələndirib. 


Mərkəzi Bankın bu arqumenti öz təsdiqini tapmır. Çünki dollara tələbdə güclənmə hər ilin fevralında müşahidə olunmur. Əgər hər ilin fevralında belə bir hal yaşansa idi, o halda Mərkəzi Bankın arqumentləri ilə razılaşmaq olardı. 


Azərbaycanda hər ilin dekabrında hərraclarda dollara tələbin artması görünür. Buna görə də dekabrda dollara tələb artdıqda bu, adi hal kimi qarşılanır. 
Fevral və ya yanvar ayları ilə bağlı oxşar fikri söyləməyə isə əsas yoxdur. Məsələn, 2024-cü ilin yanvarında hərraclarda 417,1 milyon dollar satılmışdı. Bir il əvvəl isə yanvarda 159,1 milyon dollar satılıb. 


Eynilə 2023-cü ilin fevralında hərraclarda 356,5 milyon dollar satıldığı halda, bu il hələ fevral ayı başa çatmasa da artıq 685 milyon dollardan çox valyuta satışı həyata keçirilib. 


Müqayisələr göstərir ki, bu il dollara tələbin artması yalnız mövsümi səbəblərlə bağlı deyil. Burada digər amillərin təsiri daha güclüdür. 


Zənnimizcə, əhali arasında devalvasiya olacağına dair şayiələrin yayılması dollara əlavə tələb yaradıb. İndi insanlar mümkün olduğu qədər daha çox vəsaitini dollara dəyişir. Buna görə də hərraclarda banklar daha çox dollar almağa məcbur qalır. 


Bu prosesin, yəqin ki, müəyyən müddətdən sonra dayanması ehtimalı var. Çünki Azərbaycanın tədiyə balansı profisitlidir və belə vəziyyətdə dollara tələbin uzun müddət yüksək olması mümkün deyil. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...