Azərbaycanda ən çox donuz hansı rayonda saxlanılır? - ADLAR və RƏQƏMLƏR

Azərbaycanda ən çox donuz hansı rayonda saxlanılır? - ADLAR və RƏQƏMLƏR

Azərbaycanda son illərdə donuzların sayında azalma müşahidə edilir. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə donuzların sayı bir qədər də azalaraq 4 469 baş olub. 2022-ci ildə ölkəmizdə 5 130 baş donuz saxlanılırdı. 


Ümumiyyətlə, SSRİ dağılandan sonra Azərbaycanda donuzçuluq böhran keçirməyə başlayıb. Donuzların sayı 1991-ci ildə 157 min baş olduğu halda, 1993-cü ildə 67 min başa, 2000-ci ildə 19,7 min başa, 2010-ci ildə 5,3 min başa düşüb. Son 13 ildə isə donuzların sayı 4,5-6,5 min arasında dəyişib. 


Azərbaycanda donuzların sayının azalmasına səbəb bu heyvanların ətinə və yağına (“sala” – red.) tələbin zəif olmasıdır. Ölkəmizdə donuz ətini əsasən xristan dininə mənsub olan xalqların nümayəndələri istehlak edir. SSRİ dağılandan sonra xristan əhalinin sayı xeyli azalıb və bu proses davam etməkdədir. Müsəlman əhalinin sayı isə artsa da onlarda donuz ətinə tələb nəinki artmır, əksinə ildən-ilə azalır. Buna görə də gözləmək olar ki, qarşıdakı illərdə donuzların sayında bir qədər də azalma baş verəcək. 


Bəs azsayda da olsa, ölkəmizdə bəslənilən donuzlar hansı rayon və şəhərlərdə saxlanılır?


Statistikaya əsasən, Azərbaycanda donuzlar əsasən üç yaşayış məntəqəsində saxlanılır. Daha çox donuz Qax rayonunda (1 266 baş), Bakıda (1 092 baş) və Qəbələ rayonundadır (770 baş). Qax və Qəbələ rayonlarında ötən il donuzların sayı artsa da Bakıda xeyli azalıb. Paytaxtda bir il əvvəl 1 632 baş donuz olduğu halda ötən il bu heyvanların sayı 33 faiz, yəni 540 baş azalıb. 


Adıçəkilən yaşayış məntəqlərindən başqa Naxçıvan şəhərində 400 baş, İsmayıllı rayonunda 201 baş, Kürdəmir rayonunda 121 baş, Culfa rayonunda 120 baş, Şərur rayonunda 120 baş donuz bəslənilir. 


Regionlarda ən çox donuz Şəki-Zaqatala bölgəsində saxlanılır. Ölkəmizdə olan donuzların təxminən yarısı burada bəslənilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...