“Bitcoin” yenidən bahalaşır - SON QİYMƏTİ

“Bitcoin” yenidən bahalaşır - SON QİYMƏTİ

Dünyada ən bahalı kriptovalyuta olan “Bitcoin”in qiyməti 50 min dollara yaxınlaşır.


Sfera.az xəbər verir ki, bu gün birjalar açılanda “Bitcoin”in qiyməti 49 min dollara qədər yüksəlib, daha sonra qiymət 47 min dollara düşüb. 


Son zamanlarda “Bitcoin”də bahalaşmada davamlılıq görünür. Bu valyutaya sərmayə qoyuluşları artır ki, bu da kriptovalyutanın dəyərini yüksəldir. 


Birja analitiklərinin fikrincə, informasiya texnologiyaları inkişaf etdikcə kriptovalyutalara maraq bir qədər də artacaq. Buna görə də onlar “Bitcoin” kimi populyar kriptovalyutaların alıcılarının çoxalacağını düşünürlər. 


“Bitcoin”in bahalaşması onun bazar dəyərini də artırır. Bu günə olan məlumata görə “Bitcoin”in ümumi bazar dəyəri 940 milyard dollara çatıb.


Xatırladaq ki, “Bitcoin” indiyə kimi ən yüksək qiymətə 2021-ci ilin oktyabrında satılıb. O zaman bir “Bitcoin”in dəyəri 61 min dollar təşkil edirdi. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...