Azərbaycan və BƏƏ arasında aviareyslərin sayının artırılması müzakirə OLUNDU

Azərbaycan və BƏƏ arasında aviareyslərin sayının artırılması müzakirə OLUNDU

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında aviareyslərin intensivliyin artırılması məsələləri "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla "Air Arabia" şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi və şirkətin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə ATAA məlumat yayıb.

 

Görüşdə Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən G.Qəhrəmanov Yaxın Şərq regionunun, xüsusi ilə Birləşmiş Ərəb Əmirliklərinin üzv şirkətlər üçün əsas hədəf bazarlarından biri olduğunu, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi üçün əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini qeyd edib. ATAA sədri 2023-cü ildə Azərbaycan və BƏƏ arasında viza rejiminin aradan qaldırılmasının mühüm hadisə olduğunu və bu addımın turist səfərlərinə müsbət təsir göstərdiyini bildirib. Müzakirələr zamanı G.Qəhrəmanov ötən ay BƏƏ-dən Azərbaycana 16 minə yaxın şəxsin səfər etdiyini və ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıma nail olunduğunu diqqətə çatdırıb.

 

Hazırda "Air Arabia "vasitəsi ilə həftədə Əbu Dabi istiqamətində 10, Şarca istiqamətinə isə 4 dəfə uçuş həyata keçirildiyini qeyd edən aviaşirkətin Baş Regional Meneceri Nikolas Kehdi turist cəlbediciliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, "Air Arabia"nın 110 yeni təyyarə aldığını və parkını genişləndirdiyini diqqətə çatdırıb. Aviaşirkət rəsmisi gələcəkdə Azərbaycan üzrə uçuşların intensivliyi baxımından reyslərin sayının artırılması məsələsinə də baxıla biləcəyini bildirib.

 

Görüş çərçivəsində həmçinin qarşılıqlı turist səfərlərinin sayının artırırlması, digər ölkələrə tranzit uçuşların təşkili, birgə iş birliyinin yaradılması, B2B formatlı görüşlərin keçirilməsi, eləcə də üzv şirkətlər üçün uyğun qiymət siyasətinin formalaşdırılması, operativ kommunikasiya əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...