“Xalq Sığorta”nın səhifəsi qaytarıldı
![“Xalq Sığorta”nın səhifəsi qaytarıldı](https://sfera.az/photo/orginal/2024/02/08/1707378689_1.jpg)
11:52 / 08.02.2024
3106
“Xalq Sığorta”nın "Feysbuk" səhifəsi qaytarılıb.
Sfera.az xəbər verir ki, iki gün öncə şirkətin sosial şəbəkə hesabı dələduzlar tərəfindən oğurlanıb.
Artıq hakerlərin etdiyi qeyri-etik paylaşımlar səhifədən silinib.
Hadisənin kimin tərəfindən, hansı səbəbə törədildiyi və necə baş verdiyi barədə isə məlumat verilməyib.
Firuzə Əliyeva