Muzdlu işçilərin sayında artım zəifləyir – Rəqəmlər və səbəblər

Muzdlu işçilərin sayında artım zəifləyir – Rəqəmlər və səbəblər

Azərbaycanda 2018-ci ildən muzdla çalışan (əməkhaqqı alan) işçilərin sayında nəzərəçarpacaq artım baş versə də, son illərdə bu işçilərin sayında artım xeyli zəifləyib. 


Sfera.az xatırladır ki, muzdlu işçilərin sayı 2018-ci ildə 1,552 milyon nəfər olduğu halda, 2019-cu ildə 1,647 milyon nəfərə, 2020-ci ildə 1,699 milyon nəfərə, 2021-ci ildə 1,709 milyon nəfərə, 2022-ci ildə 1,739 milyon nəfərə, 2023-cü ilin sonunda 1,742 milyon nəfərə çatıb. 


Müqayisədən göründüyü kimi, muzdlu işçilərin sayı 2019-cu ildə 95 min nəfər (6,2 faiz), 2020-ci ildə 52 min nəfər (3,16 faiz), 2021-ci ildə 10 min nəfər (0,59 faiz), 2022-ci ildə 30 min nəfər (1,76 faiz), 2023-cü ildə 3 min nəfər artıb. 


Xatırladaq ki, 2018-ci ildən iqtisadiyyatda şəffaflaşmanın həyata keçirilməsi faktiki işləyən şəxslərin əksəriyyətinin qeydə alınmasına imkan verdi. Buna görə də 2018-2020-ci illərdə muzdlu işçi sayında ciddi artım müşahidə olundu. 


Son illərdə isə muzdlu işçi sayında artımın zəifləməsi görünür. Bunun əsas səbəbi iqtisadiyyatda real artım sürətinin zəifləməsi, xidmətlər sektorunda investisiya qoyuluşunun artmamasıdır. Muzdlu işçilərin böyük hissəsi məhz xidmət sektorunda çalışır. Bu sektorlarda əsas kapitala sərmayə qoyuluşu azdır. 


Sadalanan faktorlar muzdlu işçi sayında sürətli artımı əngəlləyir. 


Onu da bildirək ki, bir qayda olaraq inkişaf etmiş ölkələrdə muzdlu işçi sayı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrlə müqayisədə xeyli çox olur. Məsələn, ABŞ-də əhalinin 40 faizi (133 milyon nəfər), Almaniyada 56 faizi (46 milyon nəfər), Böyük Britaniyada 44 faizi (30 milyon nəfər) muzdla çalışır. 


Amma Azərbaycanda əhalinin 17,1 faizi, Gürcüstanda 21 faizi, Qazaxıstanda 17 faizi, Türkiyədə 17,8 faizi muzdlu işçidir. 


İnkişaf etmiş ölkələrdə muzdlu işçi sayının xüsusi çəkisinin yüksək olması həmin ölkələrdə xidmət sektorunun iqtisadiyyatda payının 70-80 faiz olması ilə bağlıdır. Azərbaycan kimi ölkələrdə isə xidmət sektorunun iqtisadiyyatda payı 40 faiz səviyyəsindədir. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? - RƏY

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiya...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...