Dollar, qızıl, manat... – Hansında yığım daha çox qazandırır? + TƏHLİL

Dollar, qızıl, manat... – Hansında yığım daha çox qazandırır? + TƏHLİL

Azərbaycanda əhalinin böyük hissəsi sərbəst vəsaitlərini əsasən manat, dollar və ya qızıl-zinət əşyaları şəklində saxlayır. Əsasən az və orta həcmdə yığım imkanı olan şəxslər bu şəkildə yığım həyata keçirirlər. Daha yüksək gəliri olan şəxslər isə əsasən daşınmaz əmlaka, yəni torpaq sahələrinə, yaşayış və qeyri-yaşayış sahələrinə sərmayə qoyurlar. 


Sfera.az xəbər verir ki, adıçəkilən yığım növlərinin hər biri sahiblərinə müəyyən qazanc gətirir. 


Bəs son illərdə hansı yığım daha çox qazandırıb?


Bu suala cavab vermək üçün son 5 il ərzində valyutalar, qızıl və daşınmaz əmlak üzrə qiymət dəyişikliyini təhlil etmək lazımdır. 


Təhlil göstərir ki, son 5 ildə ən az gəlir gətirən yığım vasitəsi dollar olub. Dollarla yığılan vəsaitlərin dəyəri ötən müddətdə nominal ifadədə artsa da real şəkildə ciddi dəyər itkisi ilə üzləşib. 


Beş il əvvəl 10 min dollar vəsaitini banka depozit şəklində yerləşdirən şəxslərin sahib olduğu vəsaitin nominal dəyəri ən çoxu 11 min dollara yüksəlib. Həmin vəsaitin real dəyəri isə 39 faiz (beşillik inflyasiya) azalaraq 7,8 dollara düşüb. Yəni əvvəlki 10 min dollar min dollarlıq faiz gəlirinə baxmayaraq, hazırki 7,8 min dollara bərabərdir. Dollarla yığım edənlər məzənnə sabit olduğundan son beş ildə ciddi itki ilə üzləşiblər. 


Dollardan fərqli olaraq manatla yığım edib pulunu banka əmanət edənlərin vəsaiti daha çox dəyər qazanıb. Beş il əvvəl 10 min dolları manata çevirib bankda saxlayanların yığımının hazırkı nominal dəyəri 16,1 min dollardır. İnflyasiya amilini çıxdıqda, yığılan vəsaitin real dəyəri 11,6 min dollardır. Deməli, yığımını manatla edənlər ötən müddətdə vəsaitini nominal olaraq 61 faiz, real olaraq 16 faiz artıra bilib. 


Qızıl isə sahibinə həm dollar, həm də manatdan daha çox dəyər qazandırıb. Müqayisə göstərir ki, son 5 ildə beynəlxalq birjalarda xalis qızılın qiyməti dollarla ifadədə 57 faiz artıb. Amma Azərbaycanda qızıl-zinət əşyasının qiyməti daha çox yüksəlib. Beş il əvvəl 345 manata satılan 750 əyar (yəni tərkibinin 75 faizi qızıl olan – red.) qızıl üzük hazırda 597 manata təklif edilir. Beşillik dövrdə bu qızıl-zinnət əşyası 73 faiz bahalaşıb. 


Mənzil bazarında bahalaşma adıçəkilən yatırım vasitələrinin əksəriyyətindən az olub. Rəsmi statistikaya görə, son 5 ildə ilkin mənzil bazarında qiymətlər 16 faiz, təkrar mənzil bazarında 18 faiz artıb. Lakin mənzillərə qoyulan sərmayə sadəcə dəyərin artması şəklində qazanc gətirmir. Əlavə mənzili olanlar kirayəyə verməklə də qazanc əldə edirlər. Bir mənzilin kirayə verilməsi zamanı il ərzində onun dəyərinin 3-4 faizi qədərində gəlir əldə olunur. Beş il əvvəl 100 min manat qiyməti olan mənzilin kirayədən ildə 4 min manat gəlir gətirdiyini nəzərə alsaq, həmin mənzilin sahibinin əlavə qazancı 20 min manat təşkil edib. Bu məbləğ mənzilin dəyərinin 20 faizinə bərabərdir. 


Buradan aydın olur ki, son 5 ildə mənzilin 18 faiz bahalaşması və kirayədən əlavə 20 faiz gəlir hesabına mənzil sahibi ümumilikdə 38 faiz nominal gəlir əldə edib. Ancaq ümumi inflyasiya göstəricisi hesablamaya daxil edildikdə məlum olur ki, mənzil sahibləri son 5 ildə hər hansı gəlirə sahib olmayıb.


Beləliklə, yığım və yatırım növləri arasında uzunmüddətli dövrdə ən yüksək gəliri qızıla qoyulan sərmayələr qazandırıb. Qızılın dəyəri həm də dolların məzənnəsinə indeksləşdiyindən onunla yığımlar sahibini heç zaman zərərə uğratmır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...