Azərbaycanda qoyunçuluq niyə idxaldan asılı vəziyyətə düşüb? – Ekspert AÇIQLADI 

Azərbaycanda qoyunçuluq niyə idxaldan asılı vəziyyətə düşüb? – Ekspert AÇIQLADI 

Azərbaycanda qoyunçuluq sahəsi idxaldan asılı vəziyyətə düşüb.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var:

 

“2022-ci ildə ölkəmizə 194 min 562 baş diri qoyun idxal olunub. Bunun 90,4%-i Gürcüstandan gətirilib. 2023-cü ilin ilk 10 ayında isə artıq məmləkətə 312 min 933 baş diri qoyun idxal olunub. Yəni, 10 aya 2022-ci ildən az qala 2 dəfə çox idxal olub ki, bunun da 214 min 191-i Gürcüstanın payına düşür. Gürcüstanda bu işlə məşğul olanlar, əsasən, soydaşlarımızdır, Gürcüstan türkləridir. Onlar tək bizə yox, Türkiyəyə də böyük həcmdə ət ixrac edirlər”.

 

Ekspert qonşu ölkə ilə müqayisədə Azərbaycanda qoyunçuluğun inkişaf etməmə səbəblərindən də söz açıb: “Gürcüstanda kiçik-mikro sahibkarlar 1% vergi verir, bizdə 20% tələb edirlər. Qonşu ölkədə aqrar sektorla tək hökumət deyil, seçilmiş yerli özünüidarə institutları, bələdiyyələr, mer institutları məşğul olur. Gürcüstanda aqrar sektora, bölgələrdə fermerlərə verilən kredit faizləri Tiflisdən 30-40% aşağıdır, bəzi proqramlara görə faizsizdir. Bizdə isə regionlarda kredit faizləri Bakıdan 2 dəfə artıqdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...