Xiaomi avtomobil istehsalına başlayır - FOTO

Xiaomi avtomobil istehsalına başlayır - FOTO

Əsasən smartfon istehsalı ilə tanınan və qəhvəhazırlayan maşınlarından ağıllı tozsoranlara qədər müxtəlif texnoloji məhsulları ilə evlərimizə daxil olan Xiaomi yeni istehsal sahəsinə daxil olur. İllərdir gündəmdə olan və hər dəfə təxirə salınan avtomobil layihəsi nəhayət, reallaşıb.

 

Sfera.az xəbər verir ki, Xiaomi SU7 və SU7 Max avtomobillərinin rəsmi təqdimatını təşkil edib.

 

SU7 və SU7 Max-ın batareyaları BYD və CATL ilə əməkdaşlıq sayəsində 73,6 kVt/saat və 101 kVt/saat tutumlu akkumulyatorlarla müvafiq olaraq 668 km və 800 km məsafə vəd edir.

 

Şirkətin "İnsan-Avtomobil-Ev " planı ilə bağlı atdığı ən böyük addım olan SU7-nin kabinini əhatə edən böyük ekranlar HarmonyOS əsaslı əməliyyat sistemi təqdim edir. Oturacaqların arxasındakı planşetlər avtomobilin içərisindəki texnoloji bütövlüyü tamamlayır.

 

Avtomobilin qiyməti ilə bağlı heç bir açıqlama verilməsə də, söz-söhbətlər SU7-nin 300 min yuan (73 min manat) olduğunu göstərir. İstehsalın başlanması üçün 2024-cü ilin birinci yarısı göstərildiyi üçün qiymətlərin tezliklə açıqlanacağı gözlənilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nazir müavini İŞDƏN ÇIXARILDI -FOTO

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, bu ...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...

Əli Əsədov Olivye Bukalla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalla görüşüb.   Sfera...

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qo...

Həftənin 3 şanslı bürcü – Sevgi və pul gəlir!

Yeni həftə bəzi bürclər üçün sevgi və maddi bolluq vəd edir. Sfera.az xəbər verir ki, göy qübbəsindəki müsbət enerjilər münasibətlərdə istilik, maliyy...