Gələn il pensiyalar bu qədər ARTACAQ

Gələn il pensiyalar bu qədər ARTACAQ

2023-cü ilin ilk on ayı ərzində orta əməkhaqqında qeydə alınan dəyişiklik göstərir ki, gələn il pensiyalarda artım ən azı 10 faiz olacaq.

 

Sfera.az xəbər verir ki, cari ilin geridə qalan dövrü ərzində orta əməkhaqqında artım sürəti 11 faizdən az olmayıb. İlin son 2 ayındakı nəticələr də nəzərə alınarsa, maaşlarda artım sürətinin 10 faizdən az olmayacağını proqnozlaşdırmaq mümkündür.

 

Bu proqnozun özünü doğruldacağı təqdirdə 2024-cü ilin yanvarından pensiyalar ən azı 10 faiz artırılacaq.

 

Mövcud qaydalara əsasən hər ilin əvvəlində pensiyalar orta əməkhaqqında əvvəlki ildə qeydə alınan artım sürəti qədər indeksləşdirilir. Əgər 2023-cü ildə orta əməkhaqqı 11 faiz artarsa, o halda 2024-cü ilin yanvarından pensiyalar da orta hesabla 11 faiz artırılacaq.

 

Xatırladaq ki, son illərdə əmək münasibətlərinin şəffaflaşdırılması və minimum maaşların artırılması orta əməkhaqqının artım sürətini gücləndirib. Orta əməkhaqqının artım sürətinin güclənməsi hesabına son illərdə pensiyalar ümumilikdə 50 faizdən çox artıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR