Yerli banklar artıq bu pulları QƏBUL ETMƏYƏCƏK?

Yerli banklar artıq bu pulları QƏBUL ETMƏYƏCƏK?

Azərbaycanda bəzi kommersiya bankları 2006-cı ildə tədavülə buraxılmış ABŞ dollarını qəbul etmir.

 

Sfera.az xəbər verir ki, bunu Referans.az-ın redaksiyasına müraciət edən vətəndaşlar iddia edirlər. Məzmun etibarı ilə eynilik təşkil edən bir neçə müraciətdən də bu nəticəyə gəlmək olar ki, bankların bir çoxu 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina edirlər.

 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli danışıb.

 

"Azərbaycanda xarici valyutaların dəyişdirilməsi ilə bağlı Mərkəzi Bankın qərarları və yaxud instruksiyaları var. Buna görə də hansısa dövlətin rəsmi valyutasını Azərbaycan bankları istədikləri formada qəbul edə bilməzlər. Bu Mərkəzi Bankın tərəfindən tənzimlənir. Hazırda Mərkəzi Bankın belə bir qadağası və ya qərarı yoxdur. Əgər belə bir hal varsa, bu, bankların özlərinin tətbiq etdiyi bir sistem ola bilər. Bunu edən banklar istehlakçıların hüquqlarını pozmuş olurlar, çünki Azərbaycanda belə bir qayda tətbiq olunmur".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...