“Bitcoin” yenidən bahalaşır – SON QİYMƏT

“Bitcoin” yenidən bahalaşır – SON QİYMƏT

Dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin”in qiyməti 35 min dolları ötüb. 


Sfera.az xəbər verir ki, “Bitcoin”in qiyməti uzun müddət 30 min dollardan aşağı olub. Yalnız son bir neçə həftə ərzində kriptovalyutanın qiyməti davamlı artaraq 35 min dolları ötüb. Son 3 həftədə “Bitcoin”in dəyərində 10 min dollara yaxın artım qeydə alınıb. 


“Bitcoin”in bahalaşması ABŞ mərkəzi bankının (FED) faiz dərəcələrini artırmayacağına, əksinə yaxın aylarda faizləri aşağı salacağına dair gözləntilərin yaranması ilə bağlıdır. Faizlərin enməsi dolların ucuzlaşmasına əsas yaradacaq. 


Bir qayda olaraq dollar bahalaşdıqda “Bitcoin” ucuzlaşır, dollar ucuzlaşdıqda isə əksinə kriptovalyuta bahalaşır. Son həftələrdə “Bitcoin”in dəyərinin yüksəlməsinin əsasında da dolların ucuzlaşma ehtimalı dayanır. 


“Bitcoin”in bahalaşması bu kriptovalyutaların bazar həcminin dəyərini də artırıb. Bahalaşmadan sonra “Bitcoin” bazarının həcmi 688 milyard dolları ötüb. 


Xatırladaq ki, “Bitcoin”in qiyməti əvvəllər daha yüksək idi. 2021-ci illərin sonunda kriptovalyutanın qiyməti 61 min dolları, bazar həcmi isə 1 trilyon dolları ötmüşdü.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...